“Azərbaycanda “AstraZeneca” vaksininin vurulmur

“Azərbaycanda “AstraZeneca” vaksininin vurulmur

“Azərbaycanda yeni növ koronavirusa qarşı “AstraZeneca” şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb”.

Bunu APA-ya açıqlamasında Avropa Dərman Agentliyinin "AstraZeneca" vaksini vurulan bəzi insanların qanında tromb yaranmasının vaksinlə əlaqəli olmasına dair açıqlamasına münasibət bildirən səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksin vurulmasına çalışdıqlarını qeyd edən V. Qasımov bütün dünyada vaksinlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.

Qeyd edək ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətrilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğu qənaətinə gəlib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...