Heydər Əliyevin fotosunu çıxarıb yerinə mebel sexinin fotosun qoydular - Cəlilabadda

Heydər Əliyevin fotosunu çıxarıb yerinə mebel sexinin fotosun qoydular -

Bir müddət öncə icra başçısı həbs olunan Cəlilabadda görünür hərc-mərclik davam edir. Necə deyərlər “baba köçüb, yurdu qalıb”. Amma hələ ki, rayona yeni icra başısı təyin olunmayıb.

Moderator.az-ın redaksiyasına bu dəfə Cəlilabad rayon sakinləri ilginc foto göndəriblər. Sakinlər bildirir ki, rayonun mərkəzində Heydər Əliyev prospektində illərdir ki, ulu öndərin fotosu var idi. Hətta xüsusi olaraq ulu öndər Heydər Əliyevin fotosu üçün hazırlanan həmin yerə yaxınlıqdakı işıqforun dirəyindən işıq da çəkilib.
Bir müddət öncə isə həmin foto yerindən götürülüb. Sakinlər düşünüb ki, illərdir burda olan foto yəqin ki, yenisi ilə əvəz ediləcək. Lakin bu dəfə onlar çox qəribə bir hadisəylə rastlaşıblar. Təsəvvür edin həmin yerə rayonda fəaliyyət göstərən “Furqan” mebelin reklam lövhəsi vurulub.

Bu isə təbii ki, sakinlərin haqlı narazılığına səbəb olub. Baş verənlər sosial şəbəkədə də geniş müzakirə mövzusu olub. Onlar redaksiyamıza müraciət edərək bunu edən şəxslərin cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, H.Əliyev ilk dəfə 1976-cı ildə Cəlilabada səfər edib və üzüm emalı müəssisələri ilə tanış olub. Daha sonra o, 1977-ci ildə rayona ikinci dəfə səfər edib və iribuynuzlu mal-qara sovxozunda yaradılmış şəritlə tanış olaraq, rayon zəhmətkeşləri ilə görüşüb. 1980-ci ildə H.Əliyev rayona üçüncü dəfə səfər edib və sakinlərlə görüşüb. 1981-ci ildə o, rayona dördüncü və 1982-ci ildə beşinci dəfə səfər edib. Ulu öndər 1998-ci ildə Cəlilabadda səfərdə olub. Həmin vaxt H.Əliyev ölkəmizdə ikinci dəfə prezident seçilmişdi.

P.S. Rayonun icra başçısı yoxdu-yoxdu da, “Qaçaq Kərəmi” ki, var...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...