Bayram günü regionlarda da ictimai nəqliyyat işləməyəcək

Bayram günü regionlarda da ictimai nəqliyyat işləməyəcək

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən 6 mart saat 00:00-dan 9 mart saat 06:00-a qədər ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Modern.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

"8 Mart - Beynəlxalq qadınlar günü qeyri-iş günü olduğundan ictimai nəqliyyat bütün ölkə üzrə ardıcıl olaraq üç gün işləməyəcək", - deyə o, qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...