Varlıların pulunu saxlayan İsveçrə şirkəti Azərbaycanı tərk edir – TƏFƏRRÜAT

Varlıların pulunu saxlayan İsveçrə şirkəti Azərbaycanı tərk edir –
Mərkəzi qərargahı İsveçrədə (Baar şəhəri) yerləşən “Private Asset Partners AG” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, ləğv olunma ilə bağlı verilən rəsmi elanda kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 185, mənzil 79 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, bu elandan əvvəl – 2020-ci ilin iyun ayında “Private Asset Partners AG” şirkətinin Azərbaycandakı nümayəndəliyinin ləğv olunması ilə bağlı daha bir elan verilib.

Məlumat üçün bildirək ki, “Private Asset Partners AG” şirkəti 2000-ci ildə İsveçrədə yaradılıb. Şirkətin əsas fəaliyyəti varlı müştərilərin kapitallarını saxlamaq, etibarlı şəkildə qorumaq və investisya şəkilində dəyərləndirməkdən ibarətdir. “Private Asset Partners AG” şirkətinin Azərbaycandakı nümayəndəliyi isə 17.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınb. Hüquqi ünvanı Səbail rayonu, Xəqani, ev 45A-da yerləşir. Nümayəndəliyin qanuni təmsilçisi Qurbanov Rofel Qasım oğludur.

2016-cı ildə Univeristetdən məzun olduqdan sonra “Private Asset Partners AG” şirkətinin Azərbaycandakı nümayəndəliyinin maliyyə rəhbəri vəzifəsinə təyin olunan Qurbanova Nəzrin Rofel qızı eyni zamanda həmin il dövlət qeydiyyatına alınan Kanadanın “Bryce Holding S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub.

Əvvəllər Səbail rayonu, Xəqani, ev 45A ünvanında Kanadanın helikopter təchizatı ilə məşğul olan “CHC Global Operations Canada ULC” şirkətinin Azərbaycandakı filialı yerləşib və bu filial 2016-cı ildə ləğv olunub.

“Private Asset Partners AG” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rofel Qurbanov barədə açıq internet resurslarda geniş məlumat mövcud deyil. Rofel Qurbanov 2015-ci ildə mənzil mübahisəsi ilə əlaqədar olaraq “Şərq” MTK-ya qarşı məhkəmə iddiası qaldırıb.

Bundan başqa 2019-cu ildə mətbuatda Rofel Qurbanovun Azərbaycanın müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyevə müşaviri təyin olunduğu və əvvəllər Milli Məclis Aparatında çalışdığı yazılıb.

Qurbanov Rofel Qasım oğlunun qanuni təmsilçi olduğu daha bir xarici şirkətin nümayəndəliyi ötən ilin dekabr ayının 18-də dövlət qeydiyyatına alınıb. Türkiyənin “Açıkhava Fabrikası Medya Reklamcılık Hizmetleri Anonim Şirketi” Azərbaycan nümayəndəliyinin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov, ev 185 B, 613-cü məhəllədə yerləşir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...