"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev

"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" -
Xəbər verdiyimiz kimi, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Azay Quliyev Hesablama Palatasının rəhbərlik etdiyi qurumda ilk dəfə yoxlama apardığını bildirib:

"Hər şey şəffaf və açıq olmalıdır. Hesablama Palatasının vəzifəsi büdcədən maliyyələşən təşkilatları yoxlamaqdan ibarətdir. Həmin qurum çatışmazlıqları və nöqsanları aşkarlayır. Burada qeyri-adi hadisə baş verməyib. Mən istəməzdim bu yoxlamanı ictimailəşdirib, mahiyyətindən kənara çıxarsınlar. Normal bir prosedurdur. Qanun pozuntuları ilə bağlı yekun rəy yoxdur. Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın. Mən 7 il öncə Hesablama Palatasına yoxlama aparmaq üçün müraciət etmişdim. Həmin vaxt yoxlama olmadı. Amma ilk dəfədir ki, Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında maliyyə yoxlaması aparır".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...