Türkiyə şirkətinə 500 min manatlıq tender verildi

Türkiyə şirkətinə 500 min manatlıq tender verildi
Milli Nüvə Tədqiqatları Mərkəzi elmi tədqiqat cihaz və avadanlıqlarının satınalınması müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, 464 min 625 manat məbləğində olan tenderi "Tetra az" MMC qazanıb.

Tenderin şərtlərinə görə, mərkəz üçün 1 ədəd "vacuum pumping station”, 1 ədəd PERKIN ELMER SPECTRUM TWO FT-IR, 1 ədəd Attenuated Total Reflectance, 1 ədəd standart istifadə etmədən nümunələrin 8O - ₉₂U intervalında element tərkibi analizi imkanı verən sistem - Yüksək Ayıretməli Dalğa uzunluqlu Dispersiv (WDXRF) Rentgen Füloresent Spectrometr, 1 ədəd florescent əlavəli trinokular tədqiqat mikroskopu, 1 ədəd Optistat DN-V Oxford Instruments Nanoscience (cihaz materiallarda optik, elektrik və dielektrik xassələrin 77K-500K temperatur intervalında tədqiqinə imkan verməlidir), 1 ədəd rentgen və qamma dozimetri, 5 ədəd qamma və rentgen dozimetri alınacaq.

Qeyd edək ki, TETRA AZ 2013-cü ilin sonlarında "Tetra Texnoloji Sistemlər LTD-Türkiyə” tərəfindən Bakıda yerli Azərbaycan firması olaraq qurulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...