“Qəzalı ağac adından sui-istifadə edənlər var" - Agentlik rəisi

“Qəzalı ağac adından sui-istifadə edənlər var" -
“Qəzalı ağac adından sui-istifadə edənlər var. Halbuki qanunvericilikdən irəli gələn tələblər prioritet olmalıdır”.

Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.

"Qəzalı ağac var, bəlkə də müəyyən qurumlara müraciət edilsə də, problem öz müsbət həllini tapmır. Təbii ki, bu, qanunvericiliyin tələblərinin pozulmasıdır. Budanma xidmətinin bizə heç bir aidiyyəti yoxdur. Hər hansı səbəbdən ağacın yeri dəyişdirilirsə, müraciət edilməlidir və cavab yubanırsa, bunu bizə bildirmək lazımdır. Belə fakt varsa bizə təqdim edə bilərsiniz”, M.Qənbərov əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...