Avtosalon müştərisi "ƏDV geri al"dan yararlana bilmədiyindən şikayət edir - AÇIQLAMA

Avtosalon müştərisi "ƏDV geri al"dan yararlana bilmədiyindən şikayət edir -

Ölkədə nağdsız hesabalaşmaları stimullaşdırmaq məqsədilə həyata keçirilən “ƏDV geri al” kampaniyası gün-gündən vüsət alır. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV geri alırlar.

FED.az xəbər verir ki, vətəndaş Rəşad Məmmədli Marja-ya müraciətində bildirib ki, “ƏDV geri al” kampaniyasından neçə illər arzusunda olduğu “BMW 528 “ avtomobilinin alışı zamanı yararlanmaq istəyib:

“Bakı şəhəri Tbilisi prospektindəki “İST petrol” yanacaq doldurma məntəqəsinin (YDM) nəzdində olan “İST CARS” avtosalonundan “BMW 528 “ avtomobilini almaq istədim. Salonda bütün avtomobillərə qiymətlər ABŞ dolları ilə qeyd olunmuşdu. Salonda 23800 dollara BMW 528 bəyəndim. Salonun Azər adlı işçisi ilə danışıqlar apardım. Qiymətdə razılaşdıq. Mən fikirləşdim ki, ödənişi bank kartı vasitəsi ilə edim və “ƏDV geri al” kampaniyasından 700- 800 manata yaxın qazanc əldə edim. Amma mənə bildirildi ki, salonda nə nəzarət kassa aparatı, nə də POS-terminal vardır. Mən ““İST Petrol”da kassa da, POS-terminal da var. Sizdə niyə yoxdur?” soruşdum. Azər adlı işçi bildirdi ki, “bizim YDM-ə aidiyyatımız yoxdur. Müdirimiz Elvin müəllim salonu icarəyə götürüb”.

Mən çox təəccübləndim. Ölkədə hər bir kiçik köşkə kassa aparatı, POS-sterminal qoyulduğu halda milyonlarla manat dövriyyəsi olan avtosalonda nə kassa aparatı, nə də POS-terminal var. Bugünki gündə azad olunmuş torpaqlarımızın bərpası, yaralı qazilərimizin müalicəsi üçün büdcəyə daxil olan hər bir qəpiyin əhəmiyyətli olduğu vaxtda Bakı şəhərinin mərkəzi yerlərindən birində, gözqabağında büdcədən yüz minlərlə manat vergi yayındırılır. Çox maraqlıdır Vergi əməkdaşları bu salonu niyə görmək istəmirlər?!”.

Məsələ ilə ilə əlaqədar “İST CARS” avtosalonu ilə əlaqə saxladıq. Avtosalonun rəhbəri Elvin Quliyev Marja-ya bildirdi ki, “İST CARS” fiziki şəxs tərəfindən istifadə edilən brenddir və həmin şəxs əlavə dəyər vergisi (ƏDV) ödəyicisi deyil:

“Biz avtomobillərin idxalı ilə məşğul olmuruq, avtomobilləri daxili bazardan alıb satışını həyata keçiririk. Avtomobillər daxili bazardan alındığından ƏDV ödəmirik. Bizim onlayn kassa aparatımız mövcuddur və Dövlət Vergi Xidmətinin bazasına qoşulub. Lakin biz avtomobilləri aldığımız zaman ƏDV ödəmədiyimizdən, müştərilərimiz də ƏDV ödəmirlər, bu səbəbdən ƏDV də qaytarılmır”.

Elvin Quliyev POS-terminallarının olmamsı ilə əlaqədar bildirdi ki, istəyən müştəri avtomobilin dəyərini nağdsız şəkildə bank hesablarına ödəyə bilər: “Müştəri bizə nağdsız ödəmə etmək istədiyini bildirən zaman ona ilkin müqvilə təqdim edirik. O, notarius vasitəsilə müqavilə əsasında bizə nağdsız ödəniş edə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Bakı şəhərində fəaliyyət göstərən avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələri 01 İyul 2019-cu il tarixinədək, regionlarda fəaliyyət göpstərən avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələr isə 01 Oktyabr 2019-cu il tarixinədək e-kassa-ya keçməli idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...