"Şəhər və rayonlarda torpaq sahələri müəyyənləşdirilir" - MİDA rəhbəri

"Şəhər və rayonlarda torpaq sahələri müəyyənləşdirilir" -
“2020-ci ilin fevral ayında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə 986 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb”.

“Report” xəbər verir ki, bunu MİDA-nın ötən il ərzində fəaliyyətinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş videokonfrans formatında keçirilən iclasda qurumun İdarə Heyətinin sədri Sadiq Sadıqov deyib.

S.Sadiqov əlavə edib ki, ötən ilin iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olublar:

“Kompleksə 18 çoxmənzilli bina və 1 176 yerlik yeni tam orta məktəb binası, 125 yerlik uşaq bağçası daxildir. Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2 202 mənzilin, cəmi 350 yerlik üç uşaq bağçasının, 1 200 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir”.

MİDA rəsmisi əlavə edib ki, ölkənin digər şəhər və rayonlarında da torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır:

“MİDA-nın növbəti layihəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılır. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

MİDA-nın sərəncamında olan mənzillərin əldə olunması üçün vətəndaşların müraciəti və mənzillərin seçimi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin bu günə olan ümumi sayı isə 16 583 nəfərdir”.

Sadiq Sadıqov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” uyğun olaraq MİDA tərəfindən 2020-ci ildə növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb:

“Müvafiq qurumların müraciətlərinə əsasən Hövsan Yaşayış Kompleksində 742 mənzil, Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 66 mənzil, Gəncə Yaşayış Kompleksində isə 153 mənzil olmaqla, ümumilikdə 961 mənzil hesabat ilində dövlət sifarişi əsasında ayrılmışdır. 2019-cu ildə ayrılmış 436 mənzili də nəzərə alsaq ümumilikdə Agentliyin layihələrindən 1 397 mənzil dövlət sifarişi əsasında ayrılıb. Həmin mənzillərdən 987-nin rəsmiləşdirilməsi 2020-ci il ərzində tamamlanıb. Beləliklə, 2020-ci il ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə 898, dövlət sifarişi əsasında isə 987 olmaqla, ümumilikdə 1 885 mənzil vətəndaşlara təqdim edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...