Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - FOTOLAR

Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır -
Sosial şəbəkələrdə qaz xəttinin altında uşaq əyləncə qurğusunun yerləşdirilməsi barədə fotolar yayılıb.

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki həyətlərin birində mini-park yaradılıb, amma vaxtilə ətrafda tikilən ofis binasına çəkilən qaz xətti parkın üzərindən keçir.

Məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən Oxu.Az-bildirilib ki, məsələ öz həllini tapacaq:

“Adı çəkilən ərazidə təmir-bərpa işləri yekunlaşmayıb. Qaz xəttinin müvafiq qaydada çəkilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Bu məsələ parkın təmir işləri ərəfəsində öz həllini tapacaq”.

Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır -
Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır -
Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...