Azərbaycanlılarla ermənilər bir yerdə necə yaşayacaqlar? - “Evlərini satıb gedəcəklər“

Azərbaycanlılarla ermənilər bir yerdə necə yaşayacaqlar? -

Noyabrın 10-da imzalanan üçtərəfli sazişə əsasən, Azərbaycanın işğal altında olan torpaqları qrafikə uyğun olaraq geri qaytarılır. Bu gün artıq Kəlbəcər rayonu Azərbaycan Ordusu tərəfindən təhvil alınıb. Razılaşmaya görə, Dağlıq Qarabağın bəzi bölgələrində azərbaycanlılar və ermənilər birlikdə yaşayacaq.

Maraqlıdır, ermənilər törətdikləri bu qədər ağır cinayətlərdən sonra azərbaycanlılarla birgə yaşaya biləcəklər?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, geopolitik vəziyyətə və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq ermənilərlə bir yerdə yaşamağa məcburuq:

“Əgər Qərb 1987-ci ildən üzü bəri ermənilərə həmişə dəstək olubsa, deməli, bunun arxasında sadə münasibətlər dayanmır. İndiyədək onlara Rusiya tərəfdən də çox böyük dəstək var idi. Amma son iki ildir ki, Rusiyada gedən proseslər biraz başqa şəkildə davam edir. Bir şeyi diqqətə çatdırım ki, biz bir yerdə yaqşasaq da, artıq Sovet dövründəki kimi dost-qardaş olmalı deyilik. Daha qabaqkı kimi oxumayacağıq ki, “Kür-Araz-Ararat, gözəldir bu həyat”. Əvvəllər bizim üçün gürcü, ukraynalı kimi erməni də müttəfiq sayılırdı, amma indi biz bilməliyik ki, bizim qonşumuz bütün dünyanın da etiraf etdiyi kimi, psixoloji olaraq xəstədir. Artıq xarici ölkə qəzetlərində də yazılır ki, ermənilərdə sindrom əmələ gəlib. Biz necə ki, psixoloji baxımdan xəstə qapı qonşumuzla ehtiyatlı şəkildə münasibət qururuq, ermənilərlə də elə olmalıdır. Bu, başqa cür olsa, biz ermənləri dəstəkləyənlərə əsas vermiş olacağıq və onlar məkrli siyasətlərini yeritməyə başlayacaqlar”.

Həmsöhbətimiz vurğulayıb ki, biz həm də tariximizi ciddi şəkildə öyrənib dünyaya təqdim etməliyik:

“Alban tarixini dərindən öyrənməliyik. Ümumiyyətlə, indiyədək diqqəti daha çox hərbi sənayənin qurulmasına yönəldirdiksə, indi tarixi məsələlərə böyük silahımız kimi yanaşmalıyıq. Çünki ermənilər məkrli xalqdır, bizi zəhərləyə də bilərlər. Bunlar biraz fərqli xalqdır. Ən azsaylı etnik mənsubiyyətdən tutmuş çoxsaylı xalqlara qədər onları hansı ilə müqayisə etsək, görərik ki, ermənilər, doğrudan da, fərqlidir. Çünki onların psixologiyası pozulub, həmişə onun-bunun əlində alət olurlar. Mənəviyyatsız qadınlar kimi, kimə işi düşür, onlara mehribanlıq edib sevgi göstərirlər, sonra həmin adamın işi çətinliyə düşəndə arxadan zərbə endirirlər. Biz bunları nəzərə almalıyıq”.

Sosioloq qeyd edib ki, bir müddət sonra ermənilərin öz xoşluqları ilə Azərbaycan torpaqlarından köçü başlayacaq:

“Bu dəqiqə qərar qəbul etsək, o, bizim əleyhimizə işləyəcək. Bəli, birgə yaşamaq psixoloji baxımdan çətin olacaq. Ümumiyyətlə, bu çətinlik onlar üçün də keçərlidir, çünki gəlib qapalı bir yerə düşüblər. Biz bunlara xəstə kimi baxacağıq. İşlərimizi də elə quracağıq və onlar orada yaşaya bilməyəcəklər. Çünki onlar qorxaq millətdilər. Bir çoxu qaçıb Rusiya və digər ölkələrə gedəcək. İndi ona görə Xankəndinə qayıdıb gəlirlər ki, orada ev-eşikləri, mebelləri var, onu satsınlar. Onlar orada ömürlük yaşamaq üçün geri qayıtmırlar, sadəcə işlərini səhmana salmaq istəyirlər. Birazdan orada köç başlayacaq. Elə etməliyik ki, beynəlxalq ictimaiyyətdə elə görünməsin ki, biz onları qovuruq. Qoy, hamı görsün ki, bunlar elə çətinə düşən kimi qaçan xalqdırlar. Sadəcə bir müddət tolerantlıq göstərərək yanaşı yaşamağa məhkumuq. Onlar onsuz da çıxıb qaçacaqlar”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...