Bərbad vəziyyətdə olan məktəb bu il də təmirsiz qaldı

Bərbad vəziyyətdə olan məktəb bu il də təmirsiz qaldı

Sosial şəbəkələrdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbin 40 ilə yaxındır qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yer alıb.

“Report” xəbər verir ki, ümumtəhsil müəssisəsinin artıq 40 ilə yaxındır təmir edilmədiyi qeyd olunub.

Görüntülərdə məktəb binasının fasadının nəmişlikdən kif bağladığı və yararsız hala düşdüyü görünür. Eyni zamanda məktəb şagirdlərin istifadəsi üçün yararsız hala düşüb.

Təhsil Nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan təhsil müəssisəsinin təmir məsələsinə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılması nəzərdə tutulur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...