Restoranda toy yarımçıq dayandırıldı - Bəy və 29 nəfər saxlanıldı

Restoranda toy yarımçıq dayandırıldı -
Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

“Gundeminfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirildiyi aşkarlanıb. Toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.


Restoranda toy yarımçıq dayandırıldı -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...