UFC yarışında qondarma rejimin “bayrağı” qaldırıldı - Azərbaycandan etiraz

UFC yarışında qondarma rejimin “bayrağı” qaldırıldı -

"UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib".

"Gundeminfo" xəbər verir ki, bu sözləri XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb:

"UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib".

Qeyd edək ki, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb. Qarşılaşma Brunsonun qələbəsilə başa çatıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...