DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı BDU-nun dekanıdır

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı BDU-nun dekanıdır
DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır.

AFN xəbər verir ki, Hikmət Əlizadə universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. O, həmçinin Respublika Təhsil Şurasının sədridir. Əlizadələrin babası Əbdül Əlizadə məşhur psixoloq-alimdir. 2015-ci ildə dünyasını dəyişən Əbdül Əlizadə həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur.

Xatırladaq ki, Səlim Əlizadənin qızı Safura Əlizadə tanınmış estrada müğənnisidir, Azərbaycanı "Eurovision-2010"-da təmsil edərək 5-ci yeri tutub. O, mərhum energetika naziri Natiq Əliyevin gəlinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...