Bakıda "Porşe" yolun ortasında park etdi, hərəkət iflic oldu - VİDEO

Bakıda "Porşe" yolun ortasında park etdi, hərəkət iflic oldu -


Bakıda sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək hərəkəti tam iflic edib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb. Bununla da sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərəkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...