Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir

Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir

Aprelin 6-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ukrayna, Polşa və Qazaxıstanda sabiq fövqəladə və səlahiyyətli səfiri Zhou Xiaopinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Baku.Nuws xəbər verir ki, AZƏRTAC xəbər verir ki, Ziyad Səmədzadə Çinin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu deyib. Bildirib ki, Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Çin ilə münasibətləri qədim tarixi köklərə əsaslanır. Böyük İpək Yolu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və inanır ki, bu layihə dünya iqtisadiyyatının inkişafına kömək edəcək.

Komitə sədri bildirib ki, Azərbaycanda Ələt azad iqtisadi zonası haqqında qanun qəbul edilib, bununla bağlı böyük yükdaşıma qabiliyyətinə malik olan liman inşa olunub. Bütün bu proqramlar Azərbaycanla Çin arasında münasibətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır. Ziyad Səmədzadə qonaqlara Çinin davamlı iqtisadi inkişaf modeli və bu ölkənin iqtisadi inkişaf təcrübəsinə həsr olunmuş əsərləri barədə məlumat verib və kitabları onlara təqdim edib. Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının digər aspektləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...