Azərbaycanda keyfiyyətsiz mallara İtaliya və Fransa brendlərini yapışdırırlar

Azərbaycanda keyfiyyətsiz mallara İtaliya və Fransa brendlərini yapışdırırlar

“Ölkəyə gətirilən malların keyfiyyəti çox aşağıdır. Buna görə çox vaxt yerli malları günahlandırırıq. Hətta keyfiyyətsiz mallara İtaliya Fransa kimi ölkələrin brendlərini yapışdırırlar. Bu yanlış hərəkətlərdir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli deyib.

O bildirib ki, həmin saxta malları insanlara təqdim edənlər yemək yeyəndə halal məhsul axtarır. “Bəs insanları aldadanda haram olduğunu deyirsinizmi?!”

Parlament üzvü tərkibi dəyişdirilən məhsullardan da söz açıb. “Təkcə enerji içkiləri deyil. Xeyli məhsullar var ki, tərkibi dəyişdirilib. Müddəti keçmiş, tərkibi dəyişdirilmiş məhsullar var.

Standarları beynəlxalq səviyyəyə qaldırmaq istəyiriksə, mexanizm qurmalıyıq. Məqsəd isə budur ki, dünyada hamı tərəfindən qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun. Bürokratik əngəllər olmasın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...