Azərbaycanlı gənc məşhur şirkətdə təhlükəsizlik boşluğu tapdı - FOTO

Azərbaycanlı gənc məşhur şirkətdə təhlükəsizlik boşluğu tapdı -

Azərbaycanlı gənc təhlükəsizlik mütəxəssisi Emin Quliyev dünyada məşhur kompüter istehsalçısı olan "Lenovo” şirkətində təhlükəsizlik boşluğu aşkarlayıb.

Bu barədə BakuPost-a E.Quliyev özü məlumat verib. O deyib ki, "Lenovo” şirkətinin istehsal etdiyi kompüterlərdə bir neçə ay əvvəl təhlükəsizlik boşluğu aşkarlayıb: "Bu boşluq vasitəsilə istənilən şəxs istifadədə olan hər hansı bir "Lenovo” kompüterinə gizli şəkildə daxil ola, oradakı məlumatları oğurlaya bilərdi. Mən bu barədə şirkətin təhlükəsizlik mütəxəssislərini xəbərdar elədim. Onlar əvvəl kompüterlərindəki bu problem inkar etsələr də, sonradan bizim dəlillərimizi inkar edə bilmədilər və belə bir təhlükəsizlik boşluğunun olduğunu etiraf etdilər”.
Azərbaycanlı gənc məşhur şirkətdə təhlükəsizlik boşluğu tapdı -

E.Quliyevin sözlərinə görə, şirkət artıq bu problem həll edib: ""Lenovo” artıq bu problem həll etdiyi ilə bağlı məlumat yayıb və bildiriblər ki, aşkar olunan boşluq aradan qaldırılıb”.

Qeyd edək ki, şirkətin yaydığı məlumatda da bu boşluğu aşkarladığı və onlara məlumat verdiyi üçün Emin Quliyevə minnətdarlıq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...