Heydər Əliyev Sarayının önündə özbaşınalıq: “Burada maşın saxlamaq 15 manatdır”

Heydər Əliyev Sarayının önündə özbaşınalıq:

Bakıda Heydər Əliyev Sarayının önündə avtomobil parklanması şikayətə səbəb olub.

Bu haqda AZXEBER.COM-a sürücü Talıb Əliyev məlumat verib.

O deyib ki, ötən həftə saraya konsertə gedərkən avtomobilini sarayın sağ tərəfində, Bülbül prospektində park etmək istəyib: “Həmin ərazidə parkomat var idi və düşündüm ki, maşını burada saxlaya bilərəm. Maşını park edəndən sonra mülki geyimdə bir şəxs mənə yaxınlaşdı və dedi ki, burada maşın saxlmaq 15 manatdır. Açığı birinci həmin şəxsin mənimlə zarafat etdiyi düşündüm və bunun səbəbini soruşdum”.

Şikayətçi deyir ki, həmin şəxs bu bu pulun DYP əməkdaşına veriləcəyini deyib: “Həmin adam mənə dedi ki, ya 15 manat ver, ya da maşını burada saxlama. Əks təqdirdə bu pulu verməsən, maşının buradan cərimə meydançasına aparılacaq. Mən də bu pulun yarıdan çoxunu DYP əməkdaşına verəcəm. Ona pul verməyəndə gəlib maşına cərimə yazır”.
Qeyd edək ki, bu hadisə müğənni Nuri Sərinləndiricinin oktyabrın 20-i Heydər Əliyev sarayında baş tutan konserti zamanı yaşanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...