Göygöl Milli Parkının direktoruna töhmət verildi: 2 əməkdaş qovuldu

Göygöl Milli Parkının direktoruna töhmət verildi:


Göygöl Milli Parkının Maralgöl ərazisində yanvarın 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ( ETSN) Lent.az-a verilən məlumata görə, qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib. Qanun pozucularının hər biri 600 manat cərimələnib. Ümumilikdə 4200 manat məbləğində cərimə tətbiq edilib. Eyni zamanda Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...