Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır

Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, İnstitutun sertifikatlaşdırma orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) akkreditasiya edib.

“Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

2022-ci ildən Azərbaycan İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) üzvüdür. AZSTANDART SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçilir, bu günə qədər halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edib, qurumun 23 əməkdaşı SMIIC, Halal Akkreditasiya Qurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və digər nüfuzlu qurumların təlimlərində iştirak edərək halal sertifikatlaşdırma və ISO 22000:2018 "Qida təhlükəsizliyi idarəetmə sistemi" beynəlxalq standartı üzrə beynəlxalq səviyyədə tanınan baş auditor sertifikatlarını əldə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
228 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...