Novruz bayramı ərəfəsində bahalaşma olacaq? - Açıqlama

Novruz bayramı ərəfəsində bahalaşma olacaq? -
“Novruz bayramı ərəfəsində ənənəvi qiymət artımını gözləmək olar. Bu o demək deyil ki, əhalinin əlində çoxlu pul vəsaiti var və ona görə qiymətlər artır. Bu tamamilə başqa amillərlə bağlıdır”.

Bunu iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a söyləyib.

O qeyd edib ki, inhisarçılıq meyilləri, xüsusilə də istehsalçıların alıcılara birbaşa çıxış imkanlarının məhdud olması bu məsələnin əsas səbəbidir:

“Qiymət artımının digər bir səbəbi isə idxaldan asılılıqdır. Yerli istehsalın lazımı həcmdə olmaması idxaldan asılığı artırır ki, bunun da nəticəsində qiymətlər artır. Elə bir vəziyyət yaranır ki, idxal olunan məhsulun qiyməti yerli məhsulla müqayisə heç də yüksək olmur. Bu da yerli istehsalçılara müəyyən problem yaşadır və yerli istehsalın zəifləməsinə səbəb olur. Son nəticədə yerli istehsalın zəifləməsi idxaldan asılılığı artırır. İdxal da elə bir istiqamətdir ki, dünya bazarında hansısa bir təlatümün, problemin olması qiymətin artmasına səbəb olur. İdxaldan asılılıq sözsüz ki, arzuolunan deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...