Kərkicahan-Xəlfəli yolunda düşmən postları sıradan çıxarılıb

Kərkicahan-Xəlfəli yolunda düşmən postları sıradan çıxarılıb
Kərkicahan-Xəlfəli yolunda Ermənistan silahlı qüvvələrinə məxsus postlar sıradan çıxarılıb.

"Report" düşmən postunun məhv edilməsinin görüntülərini təqdim edir.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.


https://t.me/reportnewsaz/86047

VİDEO BURADAN BAXA BİLƏRSİNİZ


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...