Vahid Ələkbərov bir ayda 2,5 milyard dollar qazanıb

Vahid Ələkbərov bir ayda 2,5 milyard dollar qazanıb

Rusiyalı milyarderlərin 2023-cü ilin əvvəlindən bəri əldə etdikləri qazancları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatlar “Bloomberg Billionaires Index”də (Blomberq Milyarderlər İndeksi) öz əksini tapıb.
Məlumata görə, ən zəngin rusların sərvəti 2023-cü ilin əvvəlindən bir ayda 16,11 milyard dollar artıb.
Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov 2,5 milyard dollarlıq qazancla siyahıya rəhbərlik edir.
Qeyd edək ki, V.Ələkbərov Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un həmtəsisçisi və prezidenti (1993-2022) olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...