Nazirlik bu şəxsdən 62 min manatlıq yemək alır – Təfərrüat

Nazirlik bu şəxsdən 62 min manatlıq yemək alır –
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqənin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.

Tender müsabiqəsinin şərtlərinə görə Ziyafət Fərzəliyev “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də benefisiarları naharla təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 2023-cü ilin sonuna kimi həftədə 6 gün olmaqla 8 250 nəfərlik böyük, 8 250 nəfərlik isə uşaq norması olmaqla ümumilikdə 16 500 nəfərlik hazır yemək təqdim edəcək və qarşılığında 62 min 304 manat alacaq.
Qeyd edək ki, bu ilin iyun ayında Ziyafət Fərzəliyev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi 978 min 125 manat 60 qəpik dəyərində analoji tender müsabiqəsinin də qalibi olub. Müsabiqənin şərtlərinə görə, Ziyafət Fərzəliyev 2022-ci ilin son 6 ayı ərzində 97 520 nəfərlik yemək göndərəcək.
Bundan başqa Ziyafət Fərzəliyev ötən ilin dekabrında Sosial Xidmətlər Agentliyinin 5 milyon 972 min 172 manat 24 qəpiklik tenderində də qalib olub. Ziyafət Fərzəliyev bir il müddətində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla ümumilikdə 617 min 215 nəfərlik yemək təqdim edəcək.
Açıqlanan rəqəmlərdən də göründyü kimi, 1 nəfər üçün gündəlik yemək xərci təxminən 9-10 manat, təkcə nahar xərci isə 3-4 manat arasında olur.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də vətəndaşların qida normaları Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunur. Həmin qərarda istifadə olunan gündəlik qida normasına görə bir nəfər (böyüklər) gün ərzində aşağdakı qidalardan istifadə etməlidir:
Buğda çörəyi I növ 250
Buğda çörəyi II növ 250
Buğda unu 18
Kartof unu —
Yarmalar, makaron məmulatları, paxlalar 85
Kartof 400
Tərəvəz 550
Təzə meyvələr 300
Şirələr 100
Qurudulmuş meyvələr 7
Şəkər 60
Qənnadı məmulatı (peçenye və sair) —
Ət, quş əti 120
Balıq 50
Süd 200
Kefir, qatıq 200
Kəsmik 50
Pendir 20
1 3
Xama 15
Kərə yağı 40
Marqarin 20
Bitki yağı 20
Yumurta (ədəd) 1
Tomat püresi və pastası 2
Çay 2
Qəhvə 2
Kakao 3
Duz 10
Ədviyyat 3
Maya 1

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
139 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...