"Rusiyanın son raket hücumunda 10 nəfər həlak olub" - Ukrayna DİN

"Rusiyanın son raket hücumunda 10 nəfər həlak olub" -
Rusiyanın noyabrın 23-də Ukraynaya raket zərbələri 10 nəfərin ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski feysbukda yazıb.

“Rusiya Ukraynanın hər yerində dinc əhaliyə kütləvi raket zərbələri endirməkdə davam edir. Bu gün çoxmərtəbəli binalara üç dəfə zərbə endirilib. Təəssüf ki, 10 nəfər həlak olub. Yalnız oktyabrın 10-dan noyabrın 23-dək rusiyalılar ərazilərimizə 600-ə yaxın raket hücumu həyata keçirib”, - DİN rəhbəri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...