Azərbaycan Gürcüstan üçün alternativ un idxalı bazarı kimi təklif olunur

Azərbaycan Gürcüstan üçün alternativ un idxalı bazarı kimi təklif olunur
“Gürcüstanda çörək artıq 10 tetri bahalaşıb və may ayının sonuna qədər qiymətdə artım gözlənilmir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze keçirdiyi mətbuat konfransında deyib.

O, ölkəyə un idxalında problemin olmadığını bildirib: “Hazırda iki aylıq un ehtiyatımız var. Buna görə də çörək çatışmazlığı yaranmayacaq. Ehtiyatlar mərhələli şəkildə artırılacaq”.

Assosiasiya rəhbəri qeyd edib ki, Gürcüstan Rusiyanın əvəzinə Azərbaycan, Ermənistan və Qazaxıstanı alternativ un idxalı bazarı kimi nəzərdən keçirə bilər.

Gürcüstanın əsas buğda və un tədarükçüsü Rusiyadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...