Bakıda müəllim dərs zamanı vəfat edib

Bakıda müəllim dərs zamanı vəfat edib

Bakıda müəllim dərs zamanı vəfat edib.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.

Məktəbdən bildirilib ki, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...