Atası: “Kəramət Böyükçöllə görüşmək üçün israr edirəm, icazə vermirlər”

Atası: “Kəramət Böyükçöllə görüşmək üçün israr edirəm, icazə vermirlər”
“Oğlum Kəramətlə görüşmək üçün israr edirəm, amma icazə vermirlər. Deyirlər ki, vəziyyəti yaxşıdır. Nigaran qalmışıq, anası təzyiq xəstəsidir və mən də ürəyimdən əməliyyat olunacam. Bəlkə içəridə elə bunun fikrini edir, dərd çəkir. Belə müalicə üsulu olmaz, xəstənin ətraf aləmlə əlaqəsini kəsmək onu daha da depressiyaya salır. Heç belə müalicənin əhəmiyyəti də yoxdur”.

Bunu Pravda.az-a açıqlamasında Respublika Narkoloji Mərkəzində müalicə alan yazıçı Kəramət Böyükçölün atası şair Qəşəm Nəcəfzadə deyib.

Yazıçının atası bildirib ki, ailəsi Kəramətlə nə görüşür, nə də danışa bilirlər: “Deyirlər, burada qayda belədir. Sadəcə olaraq, yemək, su, geyim kimi lazım olan şeyləri aparıb təhvil veririk. Narkoloji Mərkəzdə psixoloq da var, bu faktorları niyə fikirləşmirlər?! Dünyanın harasında belə müalicə üsulu var?! Evə nə vaxt buraxılacağı barədə də heç nə demirlər, bildirirlər ki, müalicə işinə mane olmayın. Əksinə, ata-ana ilə əlaqə saxlamaq, azyaşlı uşaqlarının səsini eşitmək onun üçün dəstək olar. İndi, yəqin, orda ürəyi partlayır, axı yazıçıdır, həssas uşaqdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...