“COVID-19 qaraciyərə də təsir edən xəstəlikdir” - Həkim-hepatoloq

 “COVID-19 qaraciyərə də təsir edən xəstəlikdir” -

“Koronavirus infeksiyası insanların bir çox orqanını zədələyib. Pandemiyanın əvvəlində virusun yalnız ağciyərlərə yoluxduğuna inanılırdısa, sonradan məlum oldu ki, COVID-19 qaraciyər də daxil olmaqla digər orqanlara da təsir edən xəstəlikdir”.

Bu sözləri Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının prezidenti, tibb elmləri namizədi, son vaxtlar isə dünyanın ən böyük assosiasiyalarından biri - Qaraciyərin Tədqiqi üzrə Asiya-Sakit Okean Birliyinin direktorlar şurasının üzvü olan, hepotoloq Gülnarə Ağayeva Media.Az-a müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, koronavirus infeksiyası keçirəndən sonra xəstələr biokimyəvi qaraciyər göstəricilərinin artması ilə ona müraciət edirlər.

Həkim deyir ki, göstəricilər bir tərəfdən virusun qaraciyərə təsirindən yüksək olur, digər tərəfdən də bu, koronavirusun müalicəsi zamanı istifadə edilən dərmanların toksiki təsirindən qaynaqlanır.

“Və bu zədələr sağlam qaraciyərli insanlarda müşahidə olunarsa, xroniki qaraciyər xəstəliyi olan xəstələrdə orqanın necə təsirləndiyini təsəvvür etmək çətin deyil: hepatit virusu, siroz, yağlı qaraciyər xəstəliyi və s.”, - deyə G.Ağayeva vurğulayıb.

Həkim xroniki qaraciyər xəstəliyi olan insanların peyvənd vurdurub-vurdurmamaları məsələsinə də toxunub:

“Bu lazımdır! Xroniki xəstəlikləri olan bütün vətəndaşlara (əsas xəstəliyin kəskinləşməsi olmadıqda) peyvənd edilməsini şiddətlə tövsiyə edərdim! Peyvənddən yox, koronavirusun səbəb ola biləcəyi ciddi vəziyyətdən qorxmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...