Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.

APA-nın məlumatına görə, Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur.

Bu gün Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq. Milli Musiqi Günü Üzeyir Hacıbəylinin heykəlinin qarşısında onun təşəbbüsü ilə yaradılan Xalq Çalğı Alətləri Orkestrin çıxışı ilə başlayacaq.

Sentyabrın 18-24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konsertlərindən biri Şuşa şəhərində keçiriləcək.

Bu gün Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Milli Musiqi Günü ilə bağlı Bakıda da bir sıra tədbiqlər təşkil olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...