Yaqub Zurufçu "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək

Yaqub Zurufçu "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

Mədəniyyət Nazirliyindən "Report"a bildirilib ki, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında dəfn olunacaq.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...