Bu məktəbin 30 şagirdi imtahana buraxılmadı - Məsələyə Nazirlik qarışdı

Bu məktəbin 30 şagirdi imtahana buraxılmadı -

Xəzər rayonunun Yeni Qala qəsəbəsində yerləşən 323 nömrəli tam orta məktəbdə təhsil alan bir qrup şagirdin valideyni bu gün Təhsil Nazirliyinin qarşısına toplaşıb.

Modern.az xəbər verir ki, valideynlər buraxılış imtahanında iştirak edə bilməyən övladlarının aqibəti ilə bağlı nazirliyin rəsmi nümayəndələri ilə görüşmək istəyib.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq yoluna qoyulub:

“Xəzər rayonunun Yeni Qala qəsəbəsində yerləşən 323 nömrəli tam orta məktəbdə təhsil alan bir qrup şagirdin valideyni 19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib, məsələ müzakirə olunmuş və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...