Aprel şəhidlərinin övladları himayəyə götürüldü

Aprel şəhidlərinin övladları himayəyə götürüldü

Füzuli rayonundan olan Aprel şəhidlərinin övladları himayəyə götürülüb.

Bu barədə Azvision.az -a Füzulinin deputatı Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciəti müsbət cavablandırılıb:

"2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar. Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavanlandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm", - deyə deputat qeyd edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...