Lukaşenkonun qadınları haqqında film çəkən jurnalist yoxa çıxıb

Lukaşenkonun qadınları haqqında film çəkən jurnalist yoxa çıxıb

Belarusun cari Prezidenti Aleksandr Lukaşenkonun qadınları haqqında film çəkən jurnalist Stanislav İvaşkeviç Minskdə yoxa düşüb.

Unikal.org xəbər verir ki, bu barədə onun anası Alyona Radkeviç “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə əsasən, İvaşkeviçi artıq iki gündür tapmaq olmur.

“Şahidlərin sözlərinə görə, dünən onu saxlayıblar. Lakin harada olduğunu öyrənmək mümkün deyil. Bu gün tutulanların sayı artıq mini ötüb, ona görə də onların harada olduğu müəyyən etməyin mümkün olmadığını deyirlər”, - deyə qadın yazıb.

Belarus KİV-ləri bildirir ki,filmin çəkilişləri zamanı İvaşkeviçi artıq saxlayıblar. Tədqiqat işıq üzü gördükdən sonra isə, onun komandası müşahidə altına alınmışdı.

Xatırladaq ki, jurnalistin komandası ilə birlikdə çəkdiyi filmdə Lukaşenkonun modellərə olan marağından danışılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...