Olimpiya çempionu dünyasını dəyişdi

Olimpiya çempionu dünyasını dəyişdi

Rusiyalı məşhur xokkeyçi Aleksandr Gerasimov dünyasını dəyişib.
"Report"un məlumatına görə, bu barədə mərhum idmançının vaxtilə çıxış etdiyi MOİK-in rəsmi "Twitter" səhifəsi xəbər yayıb.
61 yaşında vəfat edən Gerasimovun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Aleksandr Gerasimov 1984-cü ildə SSRİ yığmasının heyətində Sarayevo Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin MOİK-lə 7 dəfə ölkə çempionu olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...