Onkoloji xəstəliklərin ən geniş yayılmış əlaməti AÇIQLANDI

Onkoloji xəstəliklərin ən geniş yayılmış əlaməti


Bədxassəli şişlər özündə xeyli miqdarda zülal ehtiyatı toplayır, buna görə də, onkoloji xəstəliklərin ən aşkar əlamətlərindən biri çəkinin sürətlə itirilməsidir.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin Baş onkoloqu, RF Elmlər Akademiyasının akademiki Andrey Karpin deyib.

“Şiş qanda leykositlərin miqdarını və zülal fraksiyalarının həcmini azaldır. Biz bəzən zülalla zəngin xüsusi qidalanma təyin edirik ki, pasiyentin vəziyyətini müəyyən səviyyədə qoruyub saxlaya bilək”, - deyə həkim qeyd edib.

O, həmçinin bildirib ki, onkoloji xəstəliklər yalnız çox yeyən adamlar arasında deyil, həm də tez-tez oruc tutanlarda rast gəlinir. A.Karpinin fikrincə, oruc tutmağa çox diqqətlə yanaşılmalıdır, çünki bu, sağlamlığa böyük zərbə vura bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...