Lider TV-dəki iddialarla bağlı nazirlikdən - Açıqlama Açıqlama

Lider TV-dəki iddialarla bağlı nazirlikdən - Açıqlama
Lider TV-də işçilərə 4 ay ərzində cəmi 150 manat əmək haqqı verilməsi ilə bağlı işçilər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə heç bir müraciət daxil olmayıb.

Bu barədə Axar.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib.

“Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı daxil olan hər bir müraciət qanunauyğun formada araşdırılır. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətə vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb”, - o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Lider TV-nin əməkdaşlarının işdən azad edilməsi və onlara 4 ay ərzində cəmi 150 manat əmək haqqı ödənilməsi barədə məlumat yayılıb. Bu iddialar isə işçilərin hüquqlarının pozulması deməkdir və şikayət üçün əsas verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...