Rusiya telekanalının 16 əməkdaşı koronavirusa yoluxdu

Rusiya telekanalının 16 əməkdaşı koronavirusa yoluxdu
Rusiyanın məşhur “Russian Today” (“RT”) telekanalının əməkdaşları koronavirusa yoluxublar.

“Report” RT-yə istinadən xəbər verir ki, telekanalın 162 əməkdaşı koronavirus testindən keçib və onlardan 16-nın testinin nəticəsi müsbət olub.

Bildirilib ki, RT Rusiyada əməkdaşları arasında test keçirən ilk teleşirkətdir. Hazırda belə “skrininq-test” əsasən tibb işçiləri arasında keçirilir.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 99 399 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 972-yə yüksəlib. Rusiya yoluxma hallarının sayına görə dünyada Türkiyədən sonra 8-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 149 000-i ötüb. Bunların 962 809 nəfəri sağalıb, 218 386 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...