"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyun üçün biletləri 35 avroya ala bilərlər

"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyun üçün biletləri 35 avroya ala bilərlər

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışa çıxarılacaq.
"Report" xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri qiyməti 35 avro olan biletləri oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunun kassalarından ala bilərlər. Qonaq tərəfarlar üçün S38 sektoru ayrılıb.
Qeyd edək ki, noyabrın 28-dən keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...