Millimiz Avroliqada mübarizəyə başlayır - İlk rəqib Rusiyadır

Millimiz Avroliqada mübarizəyə başlayır -

Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün Avroliqada (Avropa Çimərlik Futbolu Liqası) ilk görüşünə çıxacaq.

Oxu.Az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçisi olduğu millimiz Portuqaliyanın Nazare adlı bölgəsində ilk görüşünü Rusiya ilə keçirəcək.

II Avropa Oyunlarında zəif çıxışla yadda qalan rusiyalılar Minski VI sırada tamamlayıb. Şimal qonşularımız Portuqaliyaya ikinci heyətlə gəlib. Bu səbəbdən komandamızın çətin rəqibi ilə görüşdən müsbət nəticə ilə ayrılmaq ehtimalı var.

Görüş bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, millimizin II qrupdakı digər rəqibləri İspaniya və Türkiyə yığmalarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...