Düyməli telefonlarda “Chrome” və “Android” olacaq

Düyməli telefonlarda “Chrome” və “Android” olacaq

“Google” korporasiyası sensor ekranı olmayan düyməli telefonlar üçün nəzərdə tutulmuş “Android” əməliyyat sisteminin və “Chrome” brauzerinin versiyaları üzərində çalışır.

Vesti.ru xəbər verir ki, “Google” yeni versiyaları hazırlamaq üçün cari ilin əvvəlindən işlərə start verib.

Yenilik inkişaf etmiş ölkələrdə getdikcə populyarlıq qazanan “Kai OS” əməliyyat sistemi ilə rəqabət aparmağa hesablanıb. 9to5google.com nəşri “Google”un “düyməli” brauzerini sınaqdan keçirə bilib.

Sınaq zamanı məlum olub ki, “Düyməli Chrome” işə salınan zaman başlanğıc səhifə açılır. Onu idarə etmək üçün beş klavişdən istifadə olunmalıdır. Məsələn, “1” və “3” düymələri miqyas vermək, “2” düyməsi isə səhifələmə rejiminin dəyişdirilməsi üçün istifadə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...