Ceyhun Osmanlı vəzifəsindən istefa verdi, Londona gedir

Ceyhun Osmanlı vəzifəsindən istefa verdi,
Keçmiş millət vəkili, Odlar Yerdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verib. Bu haqda o sosial şəbəkədə məlumat paylaşıb. C. Osmanlı bildirib ki, təxminən 3 ay bundan öncə dünyada qlobal təhsil şirkətlərinin birindən təklif alıb. Bu dövr ərzində bir çox müsahibələrdə iştirak edib və bu müsahibələr müsbət dəyərləndirilib:

“Bu qrupda dünyanın 20-dən çox nüfuzlu universiteti təmsil edilib və mən həm Azərbaycanda, həm də Şərqi Avropanın başqa ölkələrinin universitetləri ilə əlaqələrin yaranmasına və biznesin inkişafına kömək edəcəm. Qrupda olan universitetlərin bir çoxu dünyanın ilk 100 universitetləri arasındadır. Tədricən bu barədə əlavə məlumatlar açıqlayacam.

Yeni işim çərçivəsində həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğul olmaq nəzərdə tutulub. Bunlarla yanaşı təhsil eksperti kimi bu günə qədər başladığım başqa layihələri də reallaşdırmağa davam edəcəyəm. Fürsətdən istifadə edərək sevimli rektorum Prof.Əhməd Vəliyevə və digər komanda üzvlərimizə mənə hər zaman nümayiş etdirdikləri sevgi və qayğıya görə sonsuz minnətdarlığımı bildirirəm”. Qeyd edək ki, C. Osmanlı bir müddət əvvəl Londona səfər etmişdi. Onun yeni iş yerinin də Londonda olacağı gözlənilir.(Yeni Sabah)

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...