Dəhşətli qəzadan xilas olan yeganə sərnişin danışdı

Dəhşətli qəzadan xilas olan yeganə sərnişin danışdı

Ötən gün Efiopiyadan Keniyaya uçarkən qəzaya uğrayan təyyarənin sərnişinlərindən yalnız bir nəfər sağ qalıb.

Axar.az xəbər verir ki, təyyarəyə bilet almış sərnişinlərdən biri gecikdiyi üçün nəqliyyat vasitəsinə buraxılılmayıb. Bu, Yunanıstan vətəndaşı Antonios Mavropolulosdir. Mavropolulos təyyarəyə cəmi 2 dəqiqə gecikdiyini bildirib: “Mən insanların təyyarəyə necə mindiyini gördüm. Məni buraxmadıqları üçün çox qəzəbli idim”.

Onun sözlərinə görə, qəza barədə məlumat yayılan kimi polis tərəfindən saxlanıb. Belə ki, o, təyyarəyə minməyən yeganə sərnişin olub: “Mənimlə qəza arasında əlaqə yox idi, çünki əşyaların yanımda idi. Buna görə də məni çox dindirmədilər”.
Qeyd edək ki, baş vermiş dəhşətli qəzada 149 sərnişin və 8 heyət üzvü hamısı həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...