Kinematoqrafçılar İttifaqı Prezidentə təqdim olunması üçün təkliflər hazırlayıb

Kinematoqrafçılar İttifaqı Prezidentə təqdim olunması üçün təkliflər hazırlayıb

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.
Bu barədə “Report”a iclasda iştirak etmiş Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə məlumat verib.

O bildirib ki, iclas İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə keçirilib. İclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamın icrasına uyğun olaraq müzakirələr aparılıb və təkliflər hazırlanıb.

“Hazırlanan təkliflər yaxın müddətdə dövlət başçısına təqdim olunacaq” - deyə, Aydın Kazımzadə əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...