Dil normasını pozan jurnalistlər həbs edilə bilər - Rəsmi...

Dil normasını pozan jurnalistlər həbs edilə bilər -

Telekanal, radio, qəzet, sayt və s. media vasitələrində ədəbi dil normalarının pozulması külli miqdarda cərimə, hətta həbslə cəzalandırıla bilər. Moderator.az İsrail KİV-ə istinadla xəbər verir ki, belə cəzaları ehtiva edən qanun layihəsi Misirdə hazırlanıb.

Qahirə Ərəb Dili Akademiyasının hazırladığı layihədə reportaj, xəbər və ya məqalələrdə danışıq sözləri, xarici terminlər, jarqon və slenqlərdən və s. mütəmadi istifadə edən jurnalistləri 200 min Misir funtunadək(11 min dollardan çox) cərimə etmək təklif olunur. “KİV rəhbərləri işə peşəkar ərəb dili mütəxəssislərini işə qəbul etməlidirlər ki, onlar mətnləri düzgün yoxlaya bilsinlər”-layihədə belə deyilir.

Artıq Misir parlamentinə təqdim edilmiş qanun layihəsinə görə, müəyyən olunmuş ədəbi dil qaydalarını pozan jurnalistlər 10-50 min Misir funtu məbləğində cərimələnəcəklər. Layihə müəllifləri hətta təklif edirlər ki, 3 ay ərzində cərimə məbləğini ödəməyənləri azadlıqdan məhrum etmək, eyni zamanda 100-200 min funt məbləğində cərimə etmək gərəkdir.

Akademiya siyasətçi, müəllim, din xadimlərinin və s. də ədəbi dildə danışmağa məcbur olunmasını təklif edir.
Qanun layihəsinin parlamentdə müzakirə olunacağı gözlənilir. Lakin artıq indidən layihədən narazı qalanlar bildirirlər ki, bu cür qadağalar ifadə azadlığına zəmanət verən ölkə Konstitusiyasını pozur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...