Azercell-in korporativ abunəçiləri arasındakeçirilən I Futbol Turnirinin qalibi bəlli oldu FOTOLAR

 Azercell-in korporativ abunəçiləri arasındakeçirilən I Futbol Turnirinin qalibi bəlli oldu

Azercell-in korporativ abunəçiləri arasındakeçirilən I Futbol Turnirinin qalibi bəlli oldu

Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək,həm öz müştəriləri və əməkdaşlarıarasında, həm də şirkətinkorporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib.

Öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını təşkil etmək üçün Azercell Telekom daha bir maraqlı təşəbbüslə çıxış edib və korporativ abunəçiləri arasında təşkil etdiyiI Futbol Turnirini uğurla başa vurub. Turnirinoktyabrın 11-də keçirilən üçüncü yer uğrunda oyununda və eləcə də final turunda azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olublar. “Gilan” və “Kapital Bank” komandaları uçüncü yer uğrunda mübarizə aparıblar. Nəticədə “Kapital Bank”komandası qalib gəlib.Hər kəs tərəfindən maraqla gözlənilən final oyununda isə STP (Sumqayıt Texnologiyalar Parkı) və Azeri M-İ komandaları yarışıblar.Qızğın oyun nəticəsində 6:2 hesablaSTPtəmsil edən komanda yarışın qalibi olub. Qaliblər Azercell-in prezidenti Vahid Mürsəliyev tərəfindən turnirin kuboku və medallarla təltif olunub, dəyərli hədiyyələr alıblar.

Məlumat üçün bildirək ki, sentyabrın 8-dən başlayan futbol turnirində12 komanda öz gücünü sınayıb. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.


 Azercell-in korporativ abunəçiləri arasındakeçirilən I Futbol Turnirinin qalibi bəlli oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...