Bakının bütün parklarında pulsuz internet olacaq

Bakının bütün parklarında pulsuz internet olacaq

"Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var". GUNDEMİNFO.AZ "APA-Economics"ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.

Nazir bildirib ki, "ictimai wi-fi" layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 15 parkında artıq həyata keçirilib: "Planımıza uyğun olaraq ilin sonunadək paytaxtımızda bütün parkların pulsuz "wi-fi" ilə təmin olunması nəzərdə tutulur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...