ATV-də 32 nəfər işdən qovuldu: yeni direktor təyin edildi

ATV-də 32 nəfər işdən qovuldu:

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib. Teleqraf.com xəbər verir ki, televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar. Kanala CBC telekanalının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib.

Xatırladaq ki, Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər” proqramının fəaliyyəti bu gün yenidən dayandırılmış və o vəzifədən uzaqlaşdırılmışdı.

***

Verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...